Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib Redaktor 22-09-2023, 08:10 Ölkə / Bölgə 214 Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib.DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Zaqatalanews.info-ya verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.Keçirilən tədbir zamanı Sumaylı kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 500 kiloqram olan 5094 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.Apa// 0 1 2 3 4 5 Paylaş