» » Emin Əmrullayev Zaqatalaya səfər zamanı imtahanda yüksəl bal yığan şəhid anası ilə görüşdü - FOTO

Emin Əmrullayev Zaqatalaya səfər zamanı imtahanda yüksəl bal yığan şəhid anası ilə görüşdü - FOTO


Elm və təhsil naziri Emin Əmrullayev Zaqatalaya səfər zamanı rayonun Aşağı Tala kənd 3 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Südabə Qazıyeva ilə görüşüb.

Zaqatalanews.info xəbər verir ki, bu barədə nazir feysbuk hesabında yazıb.

“Görüş zamanı müəllimlərin sertifikatlaşdırılması imtahanının nəticələri və rayonda təhsilin keyfiyyəti barədə fikir mübadiləsi apardıq. Sertifikatlaşdırmada ölkə üzrə ən yüksək nəticə əldə edən müəllimlərdən biri olan Südabə Qazıyeva həm də Vətən Müharibəsi Qəhrəmanı, şəhid Valeh Bədəlovun anasıdır” - nazir qeyd edib.

Zaqatalada 54 yaşlı kişi qəfil ölüb