» » Zaqatalada 3 otaqlı ev yanıb

Zaqatalada 3 otaqlı ev yanıb


Zaqatalada 3 otaqlı fərdi yaşayış evi yanıb.

Zaqatalanews.info-nun məlumatına görə, yanğın hadisəsi bu gün saat 16 radələrində rayonun Aşağı Tala kəndində, kənd sakini Fazilət Carov qızı Barxalova məxsus, ümumi sahəsi 60 kv/m olan kürsülü birmərtəbə 3 otaqdan ibarət və hazırda yaşayış olmayan fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları tam yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.Apa//

Zaqatalada 6 otaqlı evdə yanğın olub