» » Zaqatalada iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Zaqatalada iki maşın toqquşub, xəsarət alanlar var - FOTO


Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün hadisə saat 17:30-da rayonun Aşağı Tala kəndi ərazisində, Zaqatala-Aşağı Tala avtomobil yolunda baş verib. Taksi fəaliyyəti göstərən “VAZ 21011” markalı, 55-BN-267 dövlət nömrə nişanlı və “Mercedes” markalı, 99-GL-668 dövlət nömrə nişanlı iki minik avtomobili toqquşub. Qəza zamanı üç nəfər Zaqatala şəhər sakini - 1993-cü il təvəllüdlü Orxan Səməd oğlu Paşayev, onun qardaşı, 1990-cı il təvəllüdlü Elçin Səməd oğlu Paşayev və rayonun Aşağı Tala kənd sakini 1995-ci il təvəllüdlü Əzim Kazım oğlu Cavadov xəsarət alıb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Heydər Əliyevin anım günüdür - VİDEO