» » Zaqatalada yol qəzası zamanı iki nəfər xəsarət alıb

Zaqatalada yol qəzası zamanı iki nəfər xəsarət alıb


Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

ZAQATALANEWS.INFO-nun məlumatına görə, hadisə axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ 21015” və “VAZ 2109” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “VAZ 21015” markalı avtomobildə olan sərnişin, 1969-cu il təvəllüdlü Mirvari Səfa qızı Abbasova və "VAZ 2109"-un sürücüsü, 1990-cı il təvəllüdlü İdris Əşrəfəddin oğlu Şabanov aldıqları müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.Apa//

Zaqatalada 3 otaqlı ev yanıb