» » Zaqatalada transformator yanıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb

Zaqatalada transformator yanıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb


Zaqatalada transformator yanıb.

Zaqatalanews.info-nun məlumatına görə, axşam saatlarında rayonun Yuxarı Tala Qaraxoba adlanan yayaş məhəlləsində 250 kilovatlıq transformatorda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğının yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan yoxdu.

Transformatorun yanması səbəbindən əraziyə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.Apa//

Zaqatalada avtomobillər toqquşub, xəsarət alan var