» » Zaqatalada 71 yaşlı kişini maşın vuraraq öldürüb

Zaqatalada 71 yaşlı kişini maşın vuraraq öldürüb


Sentyabrın 22-si saat 13 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi “VAZ-2109” markalı avtomobil ilə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Əhmədov Məmmədvəli Əhməd oğlunu vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 19:33

Zaqatalada məsciddən çıxıb evə gedən 71 yaşlı kişini maşın vuraraq öldürüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində yerləşən Tala Məscidinin yaxınlığında baş verib.

Rayonun Yuxarı Tala kənd sakini 71 yaşlı Məmmədəli Əhməd oğlu Əhmədov məsciddən çıxıb evə gedərkən onu minik avtomobili vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan M.Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M. Əhmədov aldığı ağır bədən xəsarətlərindən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada 38 yaşlı kişi evdə ölü tapılıb