» » Zaqatalada minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb

Zaqatalada minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb


Zaqatalada baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanların rayonun Çobankol kənd sakinləri - 1967-ci il təvəllüdlü Rəsul Səmədov, 1987-ci il təvəllüdlü Emil Əhmədov, 1965-ci il təvəllüdlü Kifayət Əhmədova və rayonun Aşağı Tala kənd sakini 1975-ci il təvəllüdlü Sevinc Məmmədova olduğu bildirilir.

R. Səmədov və S. Məmmədovanın xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. E. Əhmədov və K. Əhmədovanın müalicəsi davam etdirilir.

***

13.00

Zaqatalada minik avtomobilləri toqquşub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 11 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun “Naib bulaq” adlanan ərazisindən keçən hissəsində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər Çobankol sakini xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada iki minik avtomobili toqquşub, sərnişin ölüb - FOTO