» » Zaqatalada yol qəzası zamanı beş nəfər xəsarət alıb - FOTO

Zaqatalada yol qəzası zamanı beş nəfər xəsarət alıb - FOTO


Zaqatalada minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 22:20-də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisındən keçən hissəsində baş verib.

Qəza zamanı beş nəfər xəsarət alıb.

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müayinəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Zaqatalada yol qəzası zamanı iki nəfər xəsarət alıb