» » Zaqatalada traktor yanıb - FOTO

Zaqatalada traktor yanıb - FOTO


Zaqatalada yanğın olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında rayonun Bəhmətli kəndində, kənd sakini Etibar Mövlud oğlu Şamayevin yaşadığı evin həyətyanı sahəsində T-28 markalı traktorda yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı dərhal alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

UNEC-in Zaqatala filialının direktoru vəzifəsindən azad edilib