» » Zaqatala sakini dərmandan zəhərlənib

Zaqatala sakini dərmandan zəhərlənib


Zaqatalada zəhərlənmə faktı qeydə alınıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, şəhərin S. Kazımov küçəsində yaşayan 2001-ci il təvəllüdlü Aygül Nadir qızı Hüseynova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub.

Müayinə zamanı A. Hüseynovanın dərmandan zəhərləndiyi məlum olub.

İlkin tibbi yardımdan sonra vəziyyəti sabitləşdiyi üçün ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada 3 otaqlı ev yanıb