» » Zaqatala sakini intihar edib

Zaqatala sakini intihar edib


Zaqatalada 44 yaşlı kişi özünü ağacdan asaraq intihar edib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 15 radələrində rayonun Uzuntala kəndində baş verib.

Kənd sakini 1979-cu il təvəllüdlü Ramil Kamil oğlu Rəcəbov meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan aslı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı R.Rəcəbovun intahr etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Zaqatalada velosiped sürən 5 yaşlı uşağı avtomobil vurub