» » Zaqatalada yol qəzasında ər-arvad xəsarət alıb

Zaqatalada yol qəzasında ər-arvad xəsarət alıb


Zaqatalada baş verən yol qəzasında ər-arvad xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisndən keçən hissəsində baş verib. Hərəkətdə olan VAZ-21099 markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər - Balakən rayonu Katex kənd sakinləri, 1984-cü il təvəllüdlü Müzəffər Zülfüqar oğlu Osmanov və onun həyat yoldaşı 1986-cı il təvəllüdlü Vüsalə İbrahim qızı Osmanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada 1,7 ton narkotik tərkibli bitki məhv edilib